Brent markalı neftin qiyməti 89 dolları ötüb | Banco.az

Brent markalı neftin qiyməti 89 dolları ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Neft qiymətləri Yaxın Şərqdə davam edən münaqişə fonunda artmağa davam edir. 

Banco.az xəbər verir ki, Brent markalı neftin dekabr ayında ixracına dair müqaviləsində bir barelinin qiyməti 3,31 dollar (3,85%) bahalaşaraq 89,59 dollar olub.

WTI markalı neftin ixracına dair noyabr müqaviləsində isə bir barelinin dəyəri 3,25 dollar (3,99%) artaraq 86,22 dollar təşkil edib.

Qeyd edək ki, OPEC son hesabatında 2023-cü ildə gündəlik neftə tələbatın 2,44 milyon, 2024-cü ildə isə 2,25 milyon barel artacağını proqnozlaşdırıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram