"Brent" markalı neftin qiyməti 30 dolları ötüb | Banco.az

"Brent" markalı neftin qiyməti 30 dolları ötüb

Cümə günü səhər neftin qiyməti 6-7%-ə qədər bahalaşıb, "Brent" markalı neftin bir barelinin qiyməti 30 ABŞ dollarını keçib.

Bunu hərracların nəticələri göstərir.

Belə ki, "Brent" markalı Şimal dəniz neft qatışığının may fyuçerslərinin qiyməti 6,01% artaraq bir barel üçün 30,17 ABŞ dollarına çatıb. WTI markalı yüngül neftin may fyuçerslərinin qiyməti isə bir barelə görə 7,02% artaraq 27,72 ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Neft bazarında artım ardıcıl olaraq iki gündür davam edir.

Report

Ən sərfəli krediti almaq üçün müraciət et