Brent markalı neftin bir barelinin qiyməti 90 dolları ötüb. | Banco.az

Brent markalı neftin bir barelinin qiyməti 90 dolları ötüb.

Müəllif - Fərid İslamov/Banco.az

Brent markalı neftin bir barelinin qiyməti 90 dolları ötüb.

Banco.az-ın məlumatına görə brent markalı neftin qiyməti oktyabrın 13-ü cümə günü ticarət zamanı bahalaşaraq bir barel üçün 90 dolları ötüb. O, sonuncu dəfə oktyabrın 4-də bu səviyyədə ticarət edilib.

Londonun ICE birjasında hərracların bağlanışında Brent markalı neftin dekabr fyuçerslərinin bir barreli 90,8 dollara (+5,6%) düşüb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 87,72 dollar (+5,8%) təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

İsrail və Fələstinin Həmas hərəkatı arasında müharibə Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra neft bazarı üçün ən əhəmiyyətli risklərdən birini yaradır. İsrail Rusiyadan fərqli olaraq əsas neft istehsalçısı deyil, lakin müharibənin Yaxın Şərqdəki əsas istehsalçılara sirayət etmə riski var.

Ən sərfəli krediti almaq üçün müraciət et