Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 80,27 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 23 sent (0,29%) çoxdur. Çərşənbə günü bu müqavilələrin bir barelinin qiyməti 0,49 dollar (0,6%) artaraq 80,04 dollar olub.
Banco.az xəbər verir ki, Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda mart ayı üçün WTI markalı neftin fyuçerslərinin qiyməti bu vaxta qədər 0,31 dollar (0,41%) artaraq bir barelə görə 75,40 dollar təşkil edib. Bir gün əvvəl WTI nefti 0,72 dollar (1%) bahalaşaraq 75,09 dollar/barelə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!