Dünya bazarında neftin qiyməti ucuzlaşıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin aprel fyuçerslərinin qiyməti, bir barel üçün 83,28 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,37 dollar (0,44%) aşağıdır.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda aprel ayı üçün WTI neftinin fyuçersləri bu dəfə 0,3 dollar (0,38%) ucuzlaşaraq bir barelə görə 78,57 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə əsasən, bu müqavilələrin dəyəri bir barel üçün 1,29 dollar (1,7%) artaraq 78,87 dollar olub.
Bizi sosial şəbəkələrdən izləyin!!