Londonun ICE Futures birjasında Brent markalı neftin mart fyuçerslərinin qiyməti bir barel üçün 78,23 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışında olan səviyyədən 0,33 dollar (0,42%) aşağıdır.
Banco.az xəbər verir ki,Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI markalı neftin fevral ayı üçün fyuçerslərinin qiyməti 0,25 dollar (0,34%) azalaraq 1 barelə görə 73,16 dollar təşkil edib. Əvvəlki ticarətin nəticələrinə görə, bu müqavilələrin dəyəri 0,67 dollar (0,9%) ucuzlaşaraq bir barel üçün 73,41 dollara çatıb.
Ötən həftə Brent 0,3%, WTI 1% bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!