“Brent” markalı neft 4% dəyər itirərək oktyabr 2017 – ci ildən bəri ən aşağı səviyyəyə çatıb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, “Brent” markalı neft 2.41 dollar aşağı düşərək Bakı vaxtı ilə 13:01 – də bir bareli 57.20 dollara enib.
Qeyd edək ki, bu göstərici 2017 – ci ilin oktyabr ayından bəri ən aşağı səviyyədir.
ABŞ xam nefti (WTI) də 2.04 dollar aşağı düşərək bir bareli 47.84 dollar ilə 2017 – ci ilin sentyabr ayından bəri ən aşağı səviyyəsinə çatıb.
Tamara Mustafayeva, Banco.az