“Brent” markalı neft bahalaşıb | Banco.az

“Brent” markalı neft bahalaşıb

Müəllif:Ayşən İmanova/Banco.az

Brent markalı neft tədarükün azalacağı qorxusu ilə 90 dollara qalxıb.

Banco.az xəbər verir ki, ICE London birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti 29 oktyabr 2023-cü ildən bəri ilk dəfə olaraq 90 dollara  qalxıb.

Əmtəə qiymətləri bu il ən yüksək həddə qalxıb, çünki Yaxın Şərqdə münaqişə genişlənə bilər. 

Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin may fyuçerslərinin qiyməti 2,1% artaraq 87,22 dollara bərabər olub.

Beləliklə, bazar iştirakçıları ehtiyat edirlər ki, Yaxın Şərqdə daha çox neft hasil edən ölkələrin iştirakı ilə münaqişənin genişlənməsi tədarükün pozulmasına səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə, qara qızılın artımı OPEC+ üzvlərinin hasilatın azaldılması fonunda baş verir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et