Breksit İngiltərənin xidmət sektoruna mənfi təsir göstərib | Banco.az

Breksit İngiltərənin xidmət sektoruna mənfi təsir göstərib

Tamara Mustafayeva, Banco.az

Oksford Universitetinin Miqrasiya Ofisi tərəfindən hazırlanan hesabatda Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılmasının (Breksit) ölkədəki xidmət sektoruna mənfi təsir göstərdiyi məlum olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, hesabatda Aİ vətəndaşlarının Böyük Britaniyaya səfərini məhdudlaşdırdığı bildirilən Breksitin bəzi sektorlara mənfi təsir göstərdiyi ortaya çıxıb.

Belə ki, qonaqlama sektorunda İngiltərənin 2020-2021-ci illərdə 98 min Aİ vətəndaşını işçi qüvvəsi olaraq itirdiyi, təmizlik və təmir sektorunda isə təkcə 64 min işçinin qaldığı ifadə edilib.

Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, 2021-ci ildə 43 min Aİ vətəndaşına ailə, iş, təhsil və digər səbəblərə görə viza verilib.

Schengenvisainfo.com saytındakı məlumata görə isə Brexitdən əvvəl Böyük Britaniyaya 230-430 min adam səfər edib. 2021-ci ildə Böyük Britaniyadan Aİ vətəndaşlarına verilən vizaların sayının 5 faizi immiqrasiya ilə bağlı olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et