Breksit İngiltərədə ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub | Banco.az

Breksit İngiltərədə ərzaq qiymətlərinin bahalaşmasına səbəb olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Breksit İngiltərə əhalisinin ərzaq üçün xərclədiyi pulun miqdarını artırıb.

Banco.az xəbər verir ki, London İqtisadiyyat Məktəbinin (LSE) İqtisadi Performans Mərkəzinin hesabatına görə, 2019-cu ilin dekabrından 2023-cü ilin martına qədər olan dövr ərzində ölkədə ərzaq qiymətləri 25 faiz bahalaşıb.

İngiltərədə ərzaq inflyasiyası mart ayında 19,2 faizə çatmaqla ötən 45 ilin ən yüksək səviyyəsini qeyd edib, apreldə isə məhdud azalma ilə 19,1 faiz enib.

Bildirilib ki, Brexit hadisəsi (Böyük Britaniyanın Avropa İttifaqından ayrılması) reallaşmasaydı, ərzaq inflyasiyasının 30 faiz aşağı olardı. Belə ki, Breksitdən əvvəl ərzaq qiymətləri Avropa İttifaqı (Aİ) ilə oxşar nəticələr göstərirdisə, Breksitdən sonra ərzaq qiymətlərində müşahidə olunan artım 2023-cü ildə də davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Breksitdən sonra yaranan ticarət maneələri Aİ-dən idxal edilən ərzaq məhsulları üçün Böyük Britaniya əhalisinə 2019-cu ilin dekabr ayından etibarən əlavə 7 milyard funt sterlinqə başa gəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et