Müəllif:Mehin Qasımova/Banco.az
Braziliyanın Mərkəzi Bankı əksər əməliyyatlarını dayandırıb.
Banco.az xəbər verir ki, bu barədə ölkənin xəbər agentliyi məlumat yayıb.
Belə ki,Mərkəzi Bankın əməkdaşları yanvarın 11-dən 24 saat davam edəcək tətilə başlayıblar.
Agentlik bildirir ki, bu qərar işçilərin tələblərinə necə yanaşılmasından, digər kateqoriyadan olan dövlət qulluqçularına isə qeyri-proporsional müavinətlərin verilməsindən narazılıqdan irəli gəlir.
Etirazçılar ölkə hökumətindən maaşların və işin səmərəliliyinə görə əlavə ödənişlərin indeksləşdirilməsini tələb edirlər. Braziliya Mərkəzi Bankının əməkdaşlarının 70%-dən çoxunun aksiyaya qoşulacağı gözlənilir.
Agentlik qeyd edib ki, tətil bankın təqdim etdiyi əksər xidmətlərin bağlanmasına səbəb ola bilər. Bu da nəticədə bu, bazarlara və sadə vətəndaşlara xidmətə təsir göstərəcək.
Braziliyada Mərkəzi Bankın tətilindən təsirlənə biləcək ən əsas xidmətlərdən biri vətəndaşların şəxsi hesabları arasında pul köçürmələridir. Bu xidmət əksər fərdi sahibkarlar tərəfindən istifadə olunur. Belə firmaların payı şirkətlərin ümumi sayının 70%-ə qədərdir. Xüsusilə, fərdi sahibkarlar Cənubi Amerikanın ən böyük ölkəsində demək olar ki, bütün xidmət sektorunun fəaliyyətini təmin edirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!