Müəllif:Ayşən İmanova/Banco.az
Braziliya Ali Məhkəməsi İlon Maska məxsus “X” sosial şəbəkəsinə (keçmiş Twitter) ölkədə fəaliyyətini bərpa etməyə icazə verib.
Banco.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Ali Məhkəmənin hakimi Aleksandr de Morays “X” sosial şəbəkəsinə Latın Amerikasının ən böyük ölkəsində fəaliyyətini bərpa etmək üçün yaşıl işıq yandırdı”, - deyə nəşr qeyd edib.
Qərarda Morays sosial media platformasının ölkədə fəaliyyətini bərpa etmək üçün bütün lazımi tələblərə cavab verdiyini bildirib.
Braziliyanın rabitə naziri “X”in cərimələri ödəmək və məhkəmə qərarlarına əməl etmək qərarını “ölkənin qələbəsi” adlandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!