Braziliya və Çin dollardan imtina edərək milli valyutalardan istifadə edəcək | Banco.az

Braziliya və Çin dollardan imtina edərək milli valyutalardan istifadə edəcək

Müəllif - Aida İsaq, Banco.az

Braziliya və Çin dollardan imtina edərək öz milli valyutalarının xeyrinə razılığa gəlib.

Banco.az xəbər verir ki, əvvəllər tərəflər hesablaşmalar apararkən ilk növbədə öz milli valyutalarını ABŞ dollarına çevirməli idi. Əldə olunan yeni razılaşmanın xərclərin azaldılmasına və ikitərəfli ticarətin daha da genişlənməsinə kömək edəcəyi, eləcə də investisiyaları stimullaşdıracağı gözlənilir.

Qeyd edək ki, Çin Braziliyanın ən böyük ticarət tərəfdaşıdır. Ölkələr arasında dövriyyə ildə 150 ​​milyard dollar təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram