Braziliya prezidenti ölkələri milli valyutalardan istifadəyə çağırıb | Banco.az

Braziliya prezidenti ölkələri milli valyutalardan istifadəyə çağırıb

Müəllif - Aida İsaq, Banco.az

Dolların aparıcı valyuta hökmranlığını səngitməyə çalışan rəsmi şəxslərin siyahısına Braziliya prezidenti də qoşuldu. Braziliya prezidenti Luiz İnasio Lula da Silva inkişaf etməkdə olan ölkələri dollardan imtina edərək öz milli valyutalarından istifadəni stimullaşdırmağa çağırıb.

Banco.az xəbər verir ki, bu sözləri prezident Çinə rəsmi səfəri zamanı səsləndirib. O, ölkələri ticarətdə öz alternativ valyutalarını inkişaf etdirməyə səsləyib. Braziliya prezidenti həmçinin Pekinin dünya ticarətində dolların hökmranlığına son qoymaq səylərini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, ölkələr milli valyutalarına dəyərsiz yanaşmamalıdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et