Braziliya neft və qaz hasilatını rekord səviyyəyə çatdırdı | Banco.az

Braziliya neft və qaz hasilatını rekord səviyyəyə çatdırdı

Müəllif:Mehin Qasımova/Banco.az

Braziliya neft və qaz hasilatını rekord səviyyəyə çatdırıb.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Milli Neft Agentliyi məlumat yayıb.

"İlk dəfə 2023-cü ildə hasilat neft ekvivalentində sutkada 4 milyon barel səviyyəsini keçib", - hesabatda deyilir.

Departamentin məlumatına görə, bu rəqəm 2022-ci ildə müəyyən edilmiş əvvəlki rekorddan 11%-dən çox yüksəkdir.

Agentlik qeyd edir ki, Braziliyanın ən perspektivli dərinsulu dəniz yatağında da mütləq hasilat rekordu qeydə alınıb. Hasilat neft ekvivalentində sutkada 3,3 milyon barel səviyyəsini keçib ki, bu da ölkənin ümumi hasilatının 75%-dən çoxunu təşkil edir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram