Braziliya “Meta”ya süni intellekt öyrətmək üçün vətəndaşların şəxsi məlumatlarından istifadə etməyi qadağan edib | Banco.az

Braziliya “Meta”ya süni intellekt öyrətmək üçün vətəndaşların şəxsi məlumatlarından istifadə etməyi qadağan edib

Müəllif:Ayşən İmanova/Banco.az

Braziliyanın Milli Məlumatların Mühafizəsi Təşkilatı (ANPD) “Meta” şirkətinə ölkə vətəndaşlarının şəxsi məlumatları üzərində süni intellekt modellərinin hazırlanmasını qadağan edib.

Banco.az xəbər verir ki, şikət bu ilin may ayında məxfilik siyasətini yeniləyib. 

Yeni qaydalara əsasən, “Meta” süni intellektə öyrətmək üçün “Facebook”, “Facebook Messenger” və “Instagram”da istifadəçi tərəfindən yerləşdirilən ictimai məlumatlardan istifadə edə bilər.

ANPD hesab edir ki, bu siyasət istifadəçilərin əsas hüquqlarına “ciddi  və qarşısıalınmaz ziyan vurma təhlükəsi” yaradır. Tənzimləyici şirkətə tələblərə əməl etmək üçün beş iş günü vaxt verib. Əks halda onu gündəlik 50 min Braziliya realına qədər (təxminən 8800 dollar) cərimə gözləyir.

Cavab olaraq, “Meta” yenilənmiş siyasətinin Braziliyadakı məxfilik qanunlarına və qaydalarına uyğun olduğunu qeyd edib. Şirkət hesab edir ki, tənzimləyicinin tələbləri "innovasiya üçün geri addım, süni intellektin inkişafında rəqabət və braziliyalıların süni intellektin üstünlüklərinə çıxışının qarşısını almaqdır".

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et