Müəllif: Tamara Mustafayeva, Banco.az
Braziliya Mərkəzi Bankı valyuta bazarlarına müdaxilə addımı həyata keçirib.
Banco.az xəbər verir ki, qanunvericilərin faiz dərəcələrini son səkkiz ilin ən yüksək səviyyəsinə qaldırmağa söz verməsinə baxmayaraq, ölkə valyutası real olaraq dəyərini itirməyə davam etdiyi üçün Braziliyanın mərkəzi bankı yenidən valyuta bazarlarına müdaxilə edib.
Realın rekord həddə enməsinə səbəb olan son volatillikdən sonra bəzi müdaxilələr edən Braziliya Mərkəzi Bankının bu dəfəki addımı spot valyuta alış hərracı olub.
Bu bəyanatdan sonra valyuta dollar qarşısında 0,5 faizdən çox bahalaşıb.
Bununla belə, real hələ də bu il təxminən 20 faiz ucuzlaşaraq ən pis nəticə göstərən valyutadır.
Qeyd edək ki, investorlar hökumətin dövlət mühasibat uçotunu gücləndirmək və ölkənin borc trayektoriyasını həll etmək vədlərinə getdikcə daha çox şübhə ilə yanaşırlar.
Bizi sosial şəbəkələrdən izləyin!!