Braziliya Mərkəzi Bankı maliyyələşdirmə dərəcəsini tarixi minimuma endirib | Banco.az

Braziliya Mərkəzi Bankı maliyyələşdirmə dərəcəsini tarixi minimuma endirib

Braziliya Mərkəzi Bankı yenidən maliyyələşdirmə dərəcəsini 0,5 faiz bəndi azaldaraq tarixi minimuma - 5% səviyyəsinə endirib.

Müvafiq qərarı tənzimləyicinin Monetar Siyasət Komitəsi qəbul edib.

Mərkəzi Bank yaydığı məlumatda iqtisadiyyatdakı mövcud vəziyyətin inflyasiya üzərində nəzarəti saxlamağa yardım etdiyini və bunun perspektivdə ilin sonuna qədər bu göstəricini yenidən eyni miqdarda azaltmağa imkan verəcəyini vurğulayıb. Komitənin növbəti iclası dekabrın 10-11-nə təyin edilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, avqustun 1-dən etibarən Braziliya Mərkəzi Bankı buna qədər il yarım ərzində 6,5% səviyyəsində olan əsas faiz dərəcəsini ardıcıl olaraq aşağı salıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et