Braziliya Mərkəzi Bankı faiz qərarını açıqlayıb | Banco.az

Braziliya Mərkəzi Bankı faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı gözlənildiyi kimi faiz dərəcələrini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Braziliya Mərkəzi Bankı çərşənbə günü faiz qərarını açıqlayıb.

Qərara əsasən, mərkəzi bank ardıcıl yeddinci iclasında da Selic faiz dərəcəsini dəyişməyib və 13,75 səviyyəsnində saxlayıb. Ancaq qərar mətnində növbəti dəfələr üçün faiz artımı ehtimalı da istisna edilməyib.

Xatırladaq ki, bazar proqnozları da faiz dərəcələrində dəyişiklik olmayacağı istiqamətində idi.

Qeyd edək ki, mərkəzi bank ardıcıl 12 iclasda 1175 baza bəndi olaraq həyata keçirdiyi faiz artımını 2022-ci ilin sentyabr ayında keçirilən iclasında dayandırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et