Braziliya Mərkəzi Bankı faiz dərəcəsində dəyişiklik etməyib | Banco.az

Braziliya Mərkəzi Bankı faiz dərəcəsində dəyişiklik etməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı (BCB) bençmark faiz dərəcəsini proqnozlara uyğun olaraq sabit saxlayıb.

Banco.az xəbər verir ki, BCB tərəfindən verilən bəyanata görə, etalon qəbul edilən Selic faiz dərəcəsi 13,75 faizdə sabit saxlanılıb. Bazar proqnozları da faiz dərəcələrində dəyişiklik olmayacağını deyirdi.

Xatırladaq ki, mərkəzi bank ötən 12 iclasda ardıcıl olaraq ümumilikdə 1175 baza bəndi hesablanan faiz artımına bundan əvvəlki iclasda fasilə vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram