Braziliya Mərkəzi Bankı da faiz qərarını açıqlayıb | Banco.az

Braziliya Mərkəzi Bankı da faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Braziliya Mərkəzi Bankı (BCB) gözlənildiyi kimi faiz dərəcəsini dəyişməyib.

Banco.az xəbər verir ki, Braziliya Mərkəzi Bankı (BCB) etalon olan Selic faiz dərəcəsini 13,75 faiz olaraq saxlayıb.

Xatırladaq ki, BCB ardıcıl 12 iclasda faizləri ümumilikdə 1175 baza bəndi artırdıqdan sonra ötən ilin sentyabrında bu prosesə fasilə vermişdi. Bununla da, mərkəzi bank sonuncu 3 iclasında faiz dərəcəsini dəyişməyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et