Bransonun azadlığa buraxılması Lirəyə necə təsir göstərdi? - MƏZƏNNƏ - YENİLƏNDİ | Banco.az

Bransonun azadlığa buraxılması Lirəyə necə təsir göstərdi? - MƏZƏNNƏ - YENİLƏNDİ

Cümə günü dollar, mühüm risk faktoru olaraq hesab edilən Amerikalı keşiş Bransonun azadlığa buraxılmasından sonra 5.85 TL – yə düşmüş, ancaq daha sonra yenidən yüksələrək 5.95 səviyyəsinə qalxmış və həftəni də 5.87 səviyyələrində başa vurmuşdu.

Dollar/TL məzənnəsi yeni həftəyə nisbətən sabit başlayıb. Kurs səhər saatlarında ən aşağı 5.83, ən yüksək 5.90 səviyyələrində icra edilib.

Ən sərfəli kredit üçün müraciət et

Dolar/TL məzənnəsi günorta saatlarında 1.4% - dən geriləyək təqribən iki ayın ən aşağı göstəricisi olan 5.7832 səviyyəsinə qədər enib.

Tamara Mustafayeva, Banco.az