“Brand Credit BOKT" MMC işçi axtarır | Banco.az

“Brand Credit BOKT" MMC işçi axtarır

“Brand Credit BOKT" MMC İdarə Heyətinin sədr müavini vəzifəsinə işçi axtarır.

Tələblər:
- Ali təhsil;
- Uyğun vəzifədə ən azı 2 il iş təcrübəsinə malik olmaq;
- Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- İşçi heyəti ilə işləmək bacarığına malik olmaq;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq;
- Sənədlərlə işin təşkilini, sənədlərin tərtib edilməsi qaydalarını bilmək;
- Səmimi və mehriban xasiyyətə malik olmaq;
- Azərbaycan və Rus dilini mükəmməl bilmək:
- Ümumi PC, ofis proqramlarından istifadə qaydalarını bilmək;

Öhdəliklər:

  • BOKT-un Strateji Baxışı, Missiya Hesabatı, Strateji Planı və digər planların hazırlanmasında və icrasında iştirak etmək;
  • Nəzarət etdiyi sahələr üzrə BOKT-un idarə olunmasını və fəaliyyətini, o cümlədən müvafiq planların həyata keçirilməsini təmin etmək;
  • Ona verilmiş səlahiyyətlər daxilində BOKT-un qarşılaşdığı və proqnozlaşdırıldığı risklərin idarə edilməsi üçün lazımi qayda və prosedurların işlənməsini və tətbiqini təmin etmək;
  • Müvafiq daxili komitələrə və komissiyalara rəhbərlik etməklə onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsini təmin etmək və ya həmin komitə və komissiyaların tərkibində müvafiq vəzifələrin icrasında iştirak etmək;
  • Kurasiya etdiyi struktur bölmələrin kadrlarla təmin edilməsini, bu bölmələrin fəaliyyətinin səmərəli təşkil olunmasını, taktiki planlarının hazırlanmasını və yerinə yetirilməsini təşkil və təmin etmək;
  • Təşkilatda qəbul olunan mükafatlandırma sisteminə uyğun kurasiyasında olan struktur bölmələrin rəhbər işçilərinin fəaliyyətini qiymətləndirmək, sıravi işçilərin isə fəaliyyətinin qiymətləndirilməsini təsdiq etmək;
  • İdarə Heyəti rəhbərlərinin imza səlahiyyətləri bölgüsünə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirmək.
  • Müşahidə Şurasının qərarına əsasən müəyyən edilmiş sahələrə rəhbərlik etmək və məsuliyyət daşımaq, habelə rəhbərlik etdiyi sahələr üzrə müvafiq müqavilələr imzalamaq.

Əlaqə

Ən sərfəli kredit üçün müraciət et

 Yuxarıdakı tələblərə uyğun namizədlər  öz şəkilli CV-lərini  [email protected] ünvanına göndərə bilərlər.