BP-nin xalis mənfəəti nə qədər azaldı? | Banco.az

BP-nin xalis mənfəəti nə qədər azaldı?

Britaniyan BP neft-qaz kompaniyasının xalis mənfəəti,  bir sıra faktorların və aktivlərin satışı nəzərə alınmaqla, 2014-cü ilin 4-cü rübündə 1,57 milyard dollar təşkil edəcək. Bu isə bir il öncənin maliyyə nəticələri ilə müqayisədə 2,8 milyard dollar daha azdır. BP-nin özü tərəfindən sorğu edilmiş analitiklərin konsensus-proqnozu belə deməyə əsas verir.

Çərşənbə axşamı, fevralın 2-də kompaniya 2014-cü ilin son rübü və eləcə də bütün maliyyə ili üçün nəticələri açıqlayacaq. Hesabatların açılması London birjasındakı satışlardan öncəki ərəfəyə təsadüf edəcək.

21 analitikin proqnozuna əsasən, səhmə düşən rüblük gəlir, ötən ilki 0,05 dollardan 0,09 dollara yüksələcək.

Qiymətin düşməsi

2014-cü ilin ortalarından neftin qiymətinin düşməsi səbəbindən bir sıra neft şirkətləri, qazancların azalması ilə üzləşib. Hesabatlara diqqəti artıran digər bir məqam Telegraph nəşrinin yaydığı məlumatdır. Xəbərdə deyilir ki, neftin qiymətinin ardıcıl şəkildə aşağı enməsi fonunda dünyanın bir çox enerji şirkətini öz xərclərini ixtisar edəcək. O cümlədən də Britaniyanın BP və BG Group  kompaniyaları 13,9 milyard funt sterlinq (21 milyard dollar) həcmində məsrəflərin ixtisar planını bəyan etməyə hazırlaşır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla əlaqədar olaraq, investorlar BP-nin baş direktoru Bob Dudleyin plan və proqnozlarını dinləmək istəyəcəklər, bu haqda isə The Wall Street Journal yazır.

İxtisarlar

2010-cu ilin aprelində Deepwater Horizo neft platformasında partlayış baş verir və bu, ABŞ tarixi üçün ən böyük ekoloji fəlakətlə nəticələnir. Neft sızmasının qarşısını yalnız 2010-cu ilin avqustunda almaq mümkün olur. Qəza nəticəsində həlak olanların sayı isə 11 nəfər olur.

Meksika körfəzinə xammalın dağılmasından sonra BP ekoloji tədbir və mərasimlərə, o cümlədən məhkəmə proseslərinə 40 milyard dollardan çox xərcləməli oldu. Bu xərclər kompaniyanın hasilatına öz təsiri göstərsə də, əməkdaşların sayına təsir etməmişdi. Belə gözlənilir ki, 2014-cü ilin illik hesabatında şirkət həmçinin gələəck ixtisarlar haqqında da məlumat verəcək.