Neftin dünya üzrə qiyməti müyyən müddətə bir barrelə görə 50 dollar həddində qalacaq, Britaniyanın neft-qaz kompaniyası olan BP-nin rəhbəri Bob Dadli belə proqnoz edir.
Çərşənbə günü BP kompaniyası 2014-cü ilin son rübü və bütünlükdə maliyyə ili üçün maliyyə hesabatlarını açıqlayıb. Kompaniyanın məlumatına əsasən, 4-cü rübdə aktivlərin qiymətdən düşmə səbəbindən irəli gələn xərclərin miqdarı 3,6 milyard dollar təşkil edib.
“Neftin qiymətinin aşağı olması şəraitində bəzi faktorlar bizi məcbur etdi ki, akitvlərin əhəmiyyətli bir hissəsini qiymətdən salaq. Bu, sadəcə bizim indi necə bir dünyada yaşamağımızın əks etdirir. Bunu etmək ona görə lazım idi ki, biz xərcləri yenidən nəzərdən keçirək və BP-nin neftin qiymətinin 50 dollar olduğu dünyaya yola salaq” – Dadli CNBC ilə intervyu zamanı bəyan edib.
Kompaniya həmçinin dividendlərin rüblük ödənişinin davam etdirilməsi ilə bağlı qərar qəbul edib ki, investorlar üçün səhmlərin cəlbediciliyini qoruya bilsin.
"Biz hesab edirik ki, BP fantastik nəticələrə imza atıb və dividendlərin ödənilməsi ilə bağlı qərar cəsur bir addım idi, xüsusən də neftin qiymətlərinin öz pikindən 56% aşağı düşdüyünü nəzərə alsaq” – CNBC Ava Trede-in əsas bazar analitiki Naeem Aslamdan sitat gətirir. Onun sözlərinə əsasən, əgər neftin qiyməti indiki halda qalarsa, BP kimi kompaniyalara öz layihələri üçün vəsait ayırmaq olduqca çətin olcaq. Ona görə də güclü dividendlər sayəsində yaxşı investorlar cəlb etmək onlar üçün mütləqdir.
Dadli həmçinin bəyan edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları kompaniyanın bu regiondakı fəaliyyətinə təsir göstərməyəcək” Bizim Rusiyada iş təcrübəmiz böyükdür. Hamı kimi, biz də Ukrayna ətrafındakı gərginlikləri izləyirik. Biz bunu uzunmüddətli investisiya kimi nəzərdən keçiririk. Biz sanksiyalara rəğmən Rusiya bazarında qalacağıq. – BP rəhbəri bildirib.