"BP" nin III rüb mənfəəti proqnozları üstələyib | Banco.az

"BP" nin III rüb mənfəəti proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“BP” şirkətinin rüblük mənfəəti proqnozları üstələyib.

Banco.az xəbər verir ki, Britaniyanın neft-qaz nəhəngi “BP” şirkəti əmtəə qiymətlərinin artması və təbii qaz bazarının güclənməsi ilə dəstəklənən üçüncü rübdə gözləniləndən daha çox mənfəət əldə etdiyini açıqlayıb.

Belə ki, enerji şirkəti sentyabrın sonuna kimi olan üç aylıq dövrdə 8,2 milyard dollar xalis mənfəət əldə edib ki, proqnozlar 6,1 milyard dolları işarə edirdi.

Bu göstərici xalis mənfəətin 3,3 milyard dollar olduğu əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artım deməkdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “BP” 2,5 milyard dollarlıq növbəti səhm alışı həyata keçirdiyini də elan edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et