BP şirkətinin baş icraçı direktoru Robert Dadli Azərbaycana gələcək.
R.Dadlinin Azərbaycan hökumətinin və tərəfdaş şirkətlərin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
Qeyd edək ki, şirkətdə 40 illik karyerası olan və 9 il BP-nin baş icraçı direktoru vəzifəsində çalışan 64 yaşlı R.Dadli qrup rəhbəri postundan və idarə heyətindən istefa verib. R.Dadli gələn il fevralın 4-də şirkətlə bağlı 2019-cu ilin nəticələrini elan etdikdən sonra martın 31-də təqaüdə çıxacaq. Onu bu postda hazırda şirkətin hasilat üzrə icraçı direktoru olan Bernard Luni əvəz edəcək. B.Luni isə fevralın 5-də idarə heyətinə daxil olacaq və BP şirkətinin baş icraçı direktoru vəzifəsini icra edəcək. O, həmin tarixə qədər hazırkı vəzifəsində qalacaq.
"Azərtac"