BP Azərbaycanda sosial layihələrə xərclərini artırıb | Banco.az

BP Azərbaycanda sosial layihələrə xərclərini artırıb

2024-cü ilin yanvar-sentyabr aylarında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları belə sosial investisiya layihələrinə Azərbaycanda təqribən 0,8 milyon dollar vəsait xərcləyiblər. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,8 milyon ABŞ dolları və ya 2 dəfə azdır.

Banco.az bu barədə BP-nin bu ilin üçüncü rübünün yekunlarına dair hesabatına istinadən xəbər verir. 

Məlumata görə, ilk 9 ay ərzində bu layihələrə hazırda davam edən 23 təhsil proqramı, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 3 layihə və ətraf mühit üzrə 1 təşəbbüs daxildir. Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin 3 rübündə 1 milyon dollardan (illik müqayisədə 0.2 milyon dollar çox) artıq vəsait xərcləyib.

Bu layihələrə hazırda davam edən 20 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 4 təşəbbüs, ölkənin zəngin mədəni irsini və idmanı təbliğ edən 1 layihə və müxtəlif mövzularda 6 konfrans və seminara, yəni ümumilikdə 32 layihəyə dəstək fəaliyyəti daxildir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram