“BP-Azerbaijan”-da çalışan azərbaycanlıların sayı 90% təşkil edəcək | Banco.az

“BP-Azerbaijan”-da çalışan azərbaycanlıların sayı 90% təşkil edəcək

2017-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2448 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“BP-Azerbaijan” şirkətindən “APA-Ecionomics”ə verilən məlumata görə, bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 89%-dən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.

“BP-Azerbaijan”dan bildirilib ki, bundan əlavə, 265 nəfər yerli işçi mövcud layihələr sahəsində çalışır.

Ən sərfəli kredit üçün müraciət et

"BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilər isə artıq 100% yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir", - deyə məlumatda vurğulanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et