Böyük ölçüyə malik videoları necə göndərmək olar? | Banco.az

Böyük ölçüyə malik videoları necə göndərmək olar?

Demək olar ki, hər kəs dostlarına, yaxınlarına video faylları göndərir. Kimi WhatsApp ilə, kimi isə e-poçt və digər bu kimi mesajlaşma platformalı vasitəsi ilə… Böyük ölçülü videolar göndərmək isə göründüyü qədər sadə deyil. Təəssüf ki, video göndərmək üçün istifadə edilən mesajlaşma platformaları adətən 25 MB fayl ölçüsü məhdudiyyətini tətbiq edir.

 

Videoları e-poçt vasitəsilə göndərmək istəyirsinizsə, bunun üçün istifadə edə biləcəyiniz 2 üsul var. Onlardan biri videonuz üçün bir “ZİP” faylı yaratmaqdır.

“ZIP” faylının nə olduğunu bilməyənlər üçün qısa bir təsvir: “ZIP” faylı bir faylın sıxılmış versiyasıdır. Böyük ölçülü videonuzu bir “ZIP” fayl halına salaraq rahatlıqla digər şəxslərə göndərə bilərsiniz.

İkinci üsul isə e-poçt provayderinin “Cloud Storage” (Bulud saxlama) xidmətindən istifadə etməkdir. 25 MB-dan böyük ölçülü videolar göndərmək üçün bu xidmətindən istifadə edə bilərsiniz. Həm Gmail, həm də Outlook fayl ölçüsünün çox böyük olduğu vəziyyətlərdə videonuzu əlaqədar bulud saxlama xidmətlərinə avtomatik olaraq yükləmə variantı təqdim edir. Bulud saxlama xidməti müəyyən bir məhdudiyyətə sahibdir. “Google” sizə yalnız 15 GB, “OneDrive” ilə “iCloud” isə yalnız 5 GB boş yer təklif edir . Daha çox yerə ehtiyacınız olarsa, müəyyən ödəniş qarşılığında bulud saxlama xidmətinə abunə olmağınız lazımdır.

 

Bəs böyük ölçülü video faylları iPhone-dan necə göndərmək olar?

Ən sərfəli kredit üçün müraciət et

Videonu digər yaxınlıqdakı Apple cihazına göndərmək istəyirsinizsə, ən asan üsul AirDrop-dan istifadə etməkdir. Faylın ölçüsünə heç bir məhdudiyyət qoyulmur. Bu üsul eyni zamanda kompüterlər arasında faylları ötürmək üçün ən rahat yollardan biridir.

İOS əməliyyat sistemində AirDrop xidmətini açmaq üçün “Settings > General> AirDrop”-a gedin və “Contacts only” və ya “Everyone” seçin. Sonra “Photos” tətbiqini açın və göndərmək istədiyiniz videonu tapın. Köçürməni başlamaq üçün “Share” simvoluna basın və buradan “AirDrop” seçin. 

Əgər bu faylı İos əməliyyat sistemi olmayan digər telefonlara göndərmək istəyirsinizsə, ən yaxşı üsul “bulud saxlama” təminatından istifadə etməkdir. “App Store”da “Dropbox”, “Google Drive” və “OneDrive” kimi məşhur “bulud saxlama” xidmətləri var.

Təəssüf ki, Android əməliyyat sistemində “AirDrop”-un alternativi yoxdur. Android əməliyyat sistemli cihazlardan böyük ölçülü video göndərmək istəyirsinizsə, “bulud saxlama xidmətləri”-dən və ya ödənişsiz proqramlardan istifadə edə bilərsiniz. Ödənişsiz və böyük ölçülü fayl ötürülməsi üçün bir neçə tətbiq təklif edirik:

1. “WeTransfer

2. “Pushbullet”

3. “Send Anywhere”

Ted.az