"Böyük neft istehsalçıları hasilatın daha çox azaldılmasını düşünmür" | Banco.az

"Böyük neft istehsalçıları hasilatın daha çox azaldılmasını düşünmür"

OPEC+ koalisiyasındakı nümayəndələrə görə, gələn ay keçiriləcək yığıncaqda ən böyük istehsalçılar hasilatın daha da azaldılmasını tələb etməyəcəklər. 

Məlumata görə, Neft İxrac edən Ölkələr Birliyi və müttəfiqləri yüksək ehtimalla hazırkı istehsal kvotalarında qalacaqlar və üzvləri  kvotalara daha çox əməl etməyə təşviq edəcəklər.

5-6 dekabrda Viyanada görüşəcək istehsalçılar qlobal istehsalın yarısını təmsil edirlər.

"Bloomberg"də yer alan digər xəbərdə, OPEC-in gələn ilin ilk yarısında istehsal artıqlığı gözlədiyi və qiymətlərin hal-hazırda üzv ölkələrin büdcə balanslaşdırmaları baxımından ehtiyacları olan səviyyələrdən də aşağı olduğu qeyd edilib. Həmçinin, neft istehsalının 2020-ci ildə ABŞ-ın istehsalının çox artması və qlobal tələbin isə yüngülcə artması ilə daha çox təzyiq altında qala biləcəyi də bildirilib. 

Ən sərfəli kredit üçün müraciət et

"Morgan Stanley", "Commerzbank AG" veə "Rystad Energy AS", OPEC və müttəfiqlərinin cavab olaraq hasilatı daha çox azaltmaları lazım olduğu fikirindədirlər. 

marja

Ən sərfəli krediti almaq üçün müraciət et