Böyük dəyişikliklər kiçik addımlardan başlayır. Biz həyata keçirdiyimiz hər təşəbbüs, hər layihə vasitəsi ilə məhz müsbət dəyişikliyə səbəb olmaq üçün çalışırıq.
Ənənəmizə sadiq qalaraq Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində xeyriyyə fəaliyyətimizi davam etdirərək Azərbaycan Dövlət Uşaq Flarmoniyasında konsert təşkil etdik. Tədbirin maraqlı məqamlarından biri Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsində yaşayan ahıllarla flarmoniyanın üzvləri olan uşaqların eyni səhnədə çıxış etməsi oldu. Hər bir iştirakçi bu konsertin ulduzuna çevrilərək izləyicilərin rəğbətini qazandı. Konsertdən toplanan vəsait "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin nəzdində olan sığınacağa iadə edildi.
Uşaqların təbəssümlərinin parlaq, ahılların həyat eşqinin daim yüksək olmasını arzulayırıq!