Böyük Britaniyanın yeni baş naziri açıqlandı | Banco.az

Böyük Britaniyanın yeni baş naziri açıqlandı

Tamara Mustafayeva, Banco.az

Boris Consondan boş qalan baş nazir kürsüsünə xarici işlər naziri Liz Tras oturacaq.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərədə hakim Mühafizəkarlar Partiyasında Boris Consondan boş qalan mövqe üçün səsvermə prosesi tamamlanıb və xarici işlər naziri Liz Trasın həm partiya sədri, həm də baş nazir kürsüsünə oturacağı açıqlanıb.

Yeni baş naziri yüksək inflyasiya, tənəzzül və artan enerji qiymətlərinin təzyiqinə məruz qalmış həyat standartları səbəbindən çətin iqtisadi mühit gözləyir.

Xatırladaq ki, Baş nazir və partiya liderliyi uğrunda mübarizə Liz Tras ilə keçmiş maliyyə naziri Rişi Sunak arasında aparılırdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et