Müəllif - Fərid İslamov/Banco.az
Banco.az xəbər verir ki, Britaniyanın maliyyə naziri Ceremi Hant parlamentdə ənənəvi payız çıxışı zamanı bildirib ki, Britaniya iqtisadiyyatı 2023-cü ildə 0,6%, 2024-cü ildə isə 0,7% artacaq.
Britaniya Büdcə Məsuliyyəti Ofisinin (OBR) mart ayı proqnozunda ölkənin ÜDM-nin bu il 0,2% azalması, gələn il isə 1,8% artım nəzərdə tutulur. Onun 2025-ci il üçün artım proqnozu 2,5%-dən 1,4%-ə endirilib.
2026-cı ildə iqtisadiyyatın 1,9%, 2027-ci ildə 2% artacağı gözlənilir.
OBR həmçinin 2024-25 maliyyə ili üçün maliyyə kəsiri proqnozunu mart ayında gözlənilən 3,2%-dən ÜDM-in 3%-nə en