Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyanın Breksitdən sonra inkişaf etməkdə olan ölkələrlə ikitərəfli ticarəti sadələşdirmək və artırmaq üçün həyata keçirəcəyi yeni plan dünəndən etibarən qüvvəyə minib.
Banco.az xəbər verir ki, Britaniya hökumətinin bəyanatına görə, inkişaf etməkdə olan ölkələrdən idxal olunan məhsullara tətbiq edilən vergilər azaldılacaq və ticarət qaydaları xeyli sadələşdiriləcək.
Dünən qüvvəyə minən və “Breksitdən sonra İnkişaf etməkdə olan Ölkələrlə Ticarət Planı” (DCTS) adlanan yeni tənzimləmə 3,3 milyard insanın yaşadığı 65 ölkə ilə ticarəti əhatə edir. Plana əsasən, bu ölkələrdən sadələşdirilmiş qaydalarla daha çox məhsul idxalı nəzərdə tutulur.
Qeyd edək ki, məhsullara tətbiq edilən azaldılmış və ya ləğv edilən vergilər sayəsində İngiltərə müəssisələrinin 9 milyard funt sterlinq təşkil edən illik idxalının 770 milyon funt sterlinq azaldıla biləcəyi proqnozlaşdırılır. Bununla yanaşı, xərclərin azalmasının ingilis istehlakçılarına da təsir göstərəcəyi ehtimal edilir.
Xatırladaq ki, plana Afrikadan 37, Asiya və Yaxın Şərqdən 26, Amerikadan 2 ölkə daxildir ki, İngiltərə ötən 3 il ərzində bu ölkələrdən 22,8 milyard funt sterlinq həcmində idxal həyata həyata keçirib.
Bizi sosial şəbəkələrdən izləyin!!