Böyük Britaniyanın iri bankları stres-testdən keçib | Banco.az

Böyük Britaniyanın iri bankları stres-testdən keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı kreditlərin 75 faizini verən 8 ən böyük bankın stres testindən keçdiyini açıqlayıb.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BOE) Britaniyanın ən böyük səkkiz bankının hər birinin çətin iqtisadi böhrana davamlılığın yoxlandığı axırıncı stres-testdən keçdiyini bildirib.

Çərşənbə günü açıqlanan nəticələrə görə, mənzil bazarının çökməsi, işsizliyin artması və faiz dərəcələrinin 6 faizə qədər yüksəlməsi də daxil olmaqla, iqtisadiyyatda bir şok vəziyyəti yaranarsa, müəssisələr kredit verməyə davam etmək üçün kifayət qədər kapitala malik olacaqlar.

Stres-tesdən keçirilən banklar ölkə iqtisadiyyatının 75 faizini kreditlə təmin edir

Ən sərfəli kredit üçün müraciət et

BOE bildirib ki, sözügedən bankların bazar dəyəri 1,4 trilyon funt sterlinq (1,8 trilyon dollar) olan yüksək keyfiyyətli likvid aktivləri var və bu aktivlərin təxminən üçdə ikisi nağd pul şəklində və ya mərkəzi bank ehtiyatları halında saxlanılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et