Böyük Britaniyanın dövlət borcu ÜDM-in 300%-nə çata bilər | Banco.az

Böyük Britaniyanın dövlət borcu ÜDM-in 300%-nə çata bilər

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın Büdcə Məsuliyyəti İdarəsi (OBR) uzunmüddətli maliyyə risklərini təhlil edib.

Banco.az xəbər verir ki, Böyük Britaniyanın dövlət maliyyəsi üçün 57 riski əhatə edən hesabata mövcud hadisələrin fonunda davamlı və yüksək inflyasiya, artan geosiyasi təhdidlər, kiberhücumlar və qloballaşma da daxil olmaqla dörd yeni risk əlavə edilib.

Hesabatda dövlət borcunun faiz dərəcələrinin artması səbəbindən bu il ÜDM-in 100 faizini keçdiyi və ötən 60 ilin ən yüksək səviyyəsinə çatdığı xatırladılıb.

Hesabatda İngiltərənin dövlət borcunun digər inkişaf etmiş ölkələrə nisbətən daha çox və daha sürətlə artdığı və bunun yüksək faiz dərəcələri və inflyasiya ilə bağlı borclanmaya görə olduğu bildirilib. Odur ki, yüksək faizlə bağlı borcların artması ilə 50 il ərzində dövlət borcunun ÜDM-in 300 faizinə çata biləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün bildirək ki, Böyük Britaniyada xalis dövlət borcu may ayında ÜDM-in 100,1 faizinə çatıb və 1961-ci ilin martından bəri ilk dəfə ÜDM-in 100 faizini ötüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et