Böyük Britaniyanın Baş Naziri Kral III Çarlzdan daha zəngin oldu | Banco.az

Böyük Britaniyanın Baş Naziri Kral III Çarlzdan daha zəngin oldu

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkənin ən varlı adamları siyahısında Britaniya kralı III Çarlzı geridə qoyub.

Banco.az xəbər verir ki, baş nazir Rişi Sunak və onun həyat yoldaşı Akşata Murtinin şəxsi sərvəti son bir ildə 120 milyon funt sterlinqdən çox artaraq ümumilikdə 651 milyon funt-sterlinqə çatıb. Digər tərəfdən, Britaniya kralının sərvəti eyni dövr ərzində 600 milyon funt-sterlinqdən 610 milyon funt-sterlinqə( təxminən 775 milyon dollar )yüksəlib.

Baş nazirin bəyannaməsi Britaniya hökumətinin rəsmi saytında dərc edilib və ona görə o, 2022-2023-cü illər üçün 2,2 milyon funt sterlinq qazanıb. Bildirilib ki, bu əmək haqqı Böyük Britaniyanın orta göstəricisindən 60 dəfə çoxdur.

Qeyd edək ki, hazırkı baş nazir 1812-ci ildən bəri Britaniya hökumətinin ən gənc lideri, həm də  ölkə tarixində Hindistan əsilli ilk baş nazirdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et