Böyük Britaniyada yaranmış kapital axınının səbəbkarı | Banco.az

Böyük Britaniyada yaranmış kapital axınının səbəbkarı

Son 15 ay ərzində investorlar Böyük Britaniyadan 356 milyard dollar çıxarıb. Analitiklərin fikrincə bunun əsas faktorlarından biri Rusiya investorlarının onlara qoyulmuş sanksiyalara qarşı cavab reaksiyasıdır.

Banco.az  rbc.ru portalına istinadən xəbər verir.

Təkcə 2015-ci ilin ilk 3 ayında,  Böyük Britaniyadan xaric olan məcmu kapital 68 milyard dollar təşkil edib. Bu barədə The Times xəbər verir.

Şirkət tərəfindən təqdim olunmuş məlumat yalnız kapitalın miqdarından xəbər verir. Kapitalın hardan gəlib hara getdiyi ilə bağlı məlumat isə verilmir. Yalnız qəzetdə yazılana görə, kütləvi şəkildə kapital məxaricinə təsir edə biləcək 3 əsas faktor var :  Rusiya və Ukrayna ; may ayının 7-si gerçəkləşəcək parlament seçkiləri  və bununla da əlaqədar Şotlandiyanın müstəqilliyinə çağıran referendumun qeyri-müəyyən nəticəsinin təhlükəsi.

Ən sərfəli kredit üçün müraciət et

CrossBorder Capital-da fərz edirlər ki, rus pulları Böyük Britaniyanı hələ keçən ildən, Moskvanın Ukraynadakı mövqeyinə görə aldığı sanksiyalardan dərhal sonra, tərk etməyə başlamışdı.  Ekspertlər bildirir ki, Rusiya prezidenti Vladimir Putinin, biznesmenlərin öz kapitallarını vətənə qaytarmaları ilə bağlı çağırışından sonra , 2014-cü ildə bu vəziyyət daha da kəskinləşmişdi.

Qeyd edək ki, Cross Border Capital artıq 35 ildir ki, kapital dövriyyəsinin  statistikasını aparır və bildirir ki, bütün bu zaman ərzində ölkə - investorlar üçün cəzbetmə mərkəzi olub.  Sonuncu dəfə bu cür kapital axını 2005-2010-cü illərdə Parlament seçkiləri dövründə də baş vermişdi, ama bu dərəcədə təsirə səbəb olmamışdı.

Müəllif: Fidan Maqbet qızı

Ən sərfəli krediti almaq üçün müraciət et