Böyük Britaniyada “sürətli kreditlər” ucuzlaşacaq | Banco.az

Böyük Britaniyada “sürətli kreditlər” ucuzlaşacaq

Britaniyada bank sisteminin tənzimləyici orqanı kredit təşkilatlarına qarşı məhdudiyyət tətbiq edib. Belə ki, 2015-ci ilin yanvar ayından etibarən gün ərzində istehlak xarakterli mini-kreditlərin faiz dərəcəsi borc məbləğinin 0.8%-i həddində, cərimə isə 15 funt (təxminən 19 avro) məbləğində olacaq.

Əhali mini istehlak kreditlərinə və ya "sürətli kreditlər"ə, adətən, maaş vaxtına bir neçə həftə qaldıqda və əllərində demək olar ki, pulları qalmadıqda müraciət edir. Bu səbəbdən də bu növ kreditlər üzrə faiz dərəcələri günlər üzrə hesablanır və manipulyasiya üçün çoxsaylı imkanlar meydana gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Sevinc İbadova/Banco.az