Böyük Britaniyada müvəqqəti təchizat çatışmazlığı mövcuddur | Banco.az

Böyük Britaniyada müvəqqəti təchizat çatışmazlığı mövcuddur

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada müvəqqəti təchizat çatışmazlığı mövcuddur.

Banco.az xəbər verir ki, ABŞ–İsrail–İran müharibəsinin başlamasından sonra enerji ticarəti baxımından strateji əhəmiyyətə malik olan Hörmüz boğazında hərəkətin demək olar ki, dayanması neft və qaz bazarlarında təchizat və qiymət təzyiqinin davam etməsinə səbəb olur.

Müharibədən sonra yanacaq qiymətlərinin artdığı İngiltərədə benzinin bir litrinin qiyməti 1,5 funt sterlinqi ötüb. Benzinin litr qiyməti müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 15 faiz bahalaşıb. Dizelin litr qiyməti isə 1,77 funt sterlinq səviyyəsinə çatıb.

Milli mətbuatda yer alan xəbərlərdə fikirlərinə yer verilən İngiltərənin ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Asda”nın icraçı direktoru Allan Leyton bildirib ki, şirkətin yanacaqdoldurma məntəqələrinin “kiçik bir hissəsində müvəqqəti məhdudiyyətlər” müşahidə olunur. O, qiymət dalğalanmaları səbəbindən “çox güclü tələbat artımı” ilə qarşılaşdıqlarını qeyd edib.

Yanacaq satış həcmlərinin əhəmiyyətli dərəcədə artdığını vurğulayan Leyton deyib: “Açıq şəkildə görünür ki, tələbat təchizatı üstələyib. Təchizat məhduddur və biz hamımız bu istiqamətdə intensiv çalışırıq. Problem müvəqqətidir. Təchizatın gözlənildiyi dövrlərdə müəyyən fasilələr yarana bilər və bunun bir müddət daha davam edəcəyini gözləyirik.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram