Böyük Britaniyada may inflyasiyası proqnozları üstələyib | Banco.az

Böyük Britaniyada may inflyasiyası proqnozları üstələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın Milli Statistika İdarəsi (ONS) may ayına dair istehlak qiymətləri indeksini (İQİ) açıqlayıb.

Banco.az xəbər verir ki, ONS-nin məlumatına görə, İngiltərədə istehlak qiymətləri illik əsasda 3,4 faiz artıb.

Bloombergin 37 iqtisadçı arasında keçirdiyi sorğuda inflyasiya proqnozları 3,1% ilə 3,6% arasında dəyişirdi, orta proqnoz isə 3,3% səviyyəsində idi.

İstehlak qiymətləri aylıq əsasda gözləntilərə uyğun olaraq 0,2% artıb.

İngiltərədə əsas (çəkirdek) İQİ may ayında ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artaraq proqnozlara uyğun nəticə göstərib. Xidmət sektoru üzrə inflyasiya isə ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% təşkil edərək, 4,8%-lik gözləntilərin bir qədər altında qalıb.

Pərakəndə qiymət indeksi isə may ayında illik əsasda 4,3%, aylıq əsasda isə 0,2% artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram