Böyük Britaniyada maliyyə planının elan olunma tarixi təxirə salınıb | Banco.az

Böyük Britaniyada maliyyə planının elan olunma tarixi təxirə salınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada orta müddətli maliyyə planının elan olunma tarixi 17 noyabra təxirə salınıb.

Banco.az xəbər verir ki, yeni Baş nazir Rişi Sunak və maliyyə naziri Ceremi Hantın 17 noyabrda orta müddətli maliyyə planını açıqlamaq barədə razılığa gəldikləri bildirilib.

Baş nazir dəyişikliyindən əvvəl Hantın yeni orta müddətli maliyyə planını və vergi strategiyasını oktyabr ayının 31-də açıqlayacağı elan olunmuşdu. Rişi Sunak isə tarixin təxirə salınmasını istəyib.

Qeyd edək ki, maliyyə planının açıqlanması sözügedən tarixdən bir neçə gün sonra qəbul ediləcək İngiltərə Bankının faiz qərarı üçün də böyük əhəmiyyət kəsb edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram