Müəllif: Tamara Mustafayeva, Banco.az
Böyük Britaniyada inflyasiya illik əsasda dəyişməz qalıb.
Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) açıqladığı məlumatlara görə, ölkədə yanacaq qiymətlərinin artması səbəbindən inflyasiya illik əsasda dəyişməyib. Proqnozlar illik inflyasiyanın 6,6 faizə düşəcəyini göstərirdi.
Ötən illə müqayisədə ərzaq və alkoqolsuz içkilərin qiymətlərində azalma müşahidə olunduğu halda, mebel və təsərrüfat mallarının qiymətlərində məhdud artım reallaşıb.
Qeyd edək ki, enerji və ərzaq qiymətləri nəzərə alınmadan hesablanan baza inflyasiyası isə illik 6,1 faiz təşkil edib. Avqustda bu göstərici 6,2 faiz idi.
Ölkədə xidmət sektorunda inflyasiya 6,9 faiz təşkil edib. Avqustda xidmət sektorunda inflyasiya illik 6,8 faiz qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!