"Böyük Britaniyada daxili inflyasiya təzyiqləri azalır" | Banco.az

"Böyük Britaniyada daxili inflyasiya təzyiqləri azalır"

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin Xarici Üzvü Svati Dinqra bildirib ki, əmək bazarı ilə bağlı son məlumatlar ölkə iqtisadiyyatında yumşalma olduğunu göstərir.

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BoE) Pul Siyasəti Komitəsinin Xarici Üzvü Svati Dingra Londonda yerləşən “Royal Economic Society” tədqiqat təşkilatı tərəfindən təşkil edilən "İnflyasiya və Yaşayış Böhranı" adlı sammitdə çıxış edib.

O bildirib ki, belə uzunmüddətli yüksək inflyasiya dövrü BoE Pul Siyasəti Komitəsinin tarixində heç vaxt baş verməyib və bu, “görünməmiş prosesdir”.

Komitənin faiz dərəcələrini artırmaq qərarının düzgün olduğunu vurğulayan Dinqra, “Bununla belə, faiz dərəcələrində artımın daha uzun müddətə yayıldığı daha mülayim bir yola üstünlük verilə bilərdi. Beləliklə, müəssisələr və ev təsərrüfatları üçün daha balanslı bir keçid olacaq və kəskin artımlar olmayacaqdı”, deyə əlavə edib.

O yenə də yüksək faiz dərəcələrinin əmək bazarında özünü göstərdiyini və iqtisadiyyatda yumşalma müşahidə olunduğunu da bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Bu, əmək haqqı artımının daha yavaş tempinə gətirib çıxaracaq və biz daxili inflyasiya təzyiqlərinin azaldığını görəcəyik. Gələcəyə hesablanmış tədbirləri nəzərə alsaq, gələcək dövrdə maaş artımları orta hesabla 5-6 faiz səviyyələrində olacaq.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et