Global Witness agentliyinin apardığı araşdırma nəticəsində London daşınılmaz əmlak bazarının 2% nəmalum offşorlara məxsus olduğu bildirilir. Hətta bu məsələ Britaniya parlamentində belə müzakirəyə çıxarılıb.
Offşor - (ing offshore) — vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan zonalardır. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir.
İngiltərə və Uelsdə offşor şirkətlər 100 milyard funtluq 87 min daşınılmaz obyektlərə sahibdirlər. Global Witness, obyektlərin 40 %-i Londonda yerləşdiyini bildirir
Londonda yerləşən daşınılmaz əmlaklar 1,77 trilyon funt həcmində qiymətləndirilib. Bu rəqəm fond dəyərindən 2% yüksəkdir.
Haqqında danışılan evlər Britaniya paytaxtının ən prestijli ərazilərində yerləşirlər. Təkcə Buckingham Palace Road-a yerləşən evlər 350 milyon funt dəyərində qiymətləndirilir.
Xəbəri həm də başqa dildə oxumaq mümkündür: В Великобритании нашли секретную недвижимость на 100 млрд фунтов