Müəllif - Aida İsaq, Banco.az
Rusiya qoşunlarının Ukraynaya daxil olmasından oktyabrın 20-dək Böyük Britaniya Rusiyanın 18,39 milyard funt-sterlinq (20,95 milyard dollar) aktivlərini dondurub. Banco.az xəbər verir ki, bu barədə Britaniyanın maliyyə qurumu məlumat yayıb.
2021-ci ilin sentyabrında Rusiyanın dondurulmuş aktivlərinin həcmi 44,5 milyard funt sterlinq (50,7 milyard dollar) təşkil edib. Oktyabrın 20-nə qədər isə 41 faiz artımın olduğu müşahidə olunub.
Qeyd olunur ki, 2022-ci ildə 1,3 min Rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edilib. Ukrayna münaqişəsi başlayandan bəri Böyük Britaniya sanksiyaya məruz qalmış Rusiyalı fiziki şəxsləri ilə əməliyyatlar aparmağa, xüsusən də humanitar kateqoriyadan olan malların tədarükünü təmin edəcək ümumilikdə 33 lisenziyanı təsdiqləyib.
Noyabrın əvvəlində Böyük Britaniya yanacağın Qərb hökumətləri tərəfindən müəyyən edilmiş limitdən yüksək qiymətə alınması məsələsinə də aydınlıq gətirib. Belə ki, ölkə rəsmiləri bu baş verərsə, öz şirkətlərinə Rusiya neftinin üçüncü ölkələrə daşınması ilə bağlı xidmət göstərilməsini qadağan edəcəyini vurğulayıb. Qərar dekabrın 5-dən qüvvəyə minəcək və yük sığortası, broker xidmətləri, çatdırılma daxil olmaqla, Britaniya şirkətlərinin bütün xidmətlərinə şamil ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!