Böyük Britaniya Parlamentində "Brexit" ssenarilərinin heç biri qəbul edilmədi | Banco.az

Böyük Britaniya Parlamentində "Brexit" ssenarilərinin heç biri qəbul edilmədi

Böyük Britaniya Parlamentində "Brexit" müddətinin gələcəyinə dair 8 ssenari səsverməyə çıxarılıb. Heç bir variant Parlamentdə qəbul edilməyib. 

 

Parlamentdə səsverməyə çıxarılmış variantlar:

- Avropa Birliyindən 12 Apreldə müqaviləsiz çıxış: 160 bəli, 400 xeyr.

- Böyük Britaniyanın Gömrük Birliyi, Tək Bazar və Avropa Sərbəst Ticarət Sahəsi üzvlüyünün davam etməsi: 188 bəli, 283 xeyr.

- Böyük Britaniyanın Avropa İqtisadi Sahəsinə üzvlüyünün davam etməsi: 65 bəli, 377 xeyr.

- Böyük Britaniya Gömrük Birliyi üzvlüyünün davam etməsi: 264 bəli, 272 xeyr.

Ən sərfəli kredit üçün müraciət et

- Böyük Britaniya Gömrük Birliyi üzvlüyünün davam etməsi, Tək Bazar qaydalarına gələcəkdəki tənzimləmələri əhatə edəcək şəkildə uyğunlaşması: 237 bəli, 307 xeyr.

- 50-ci maddənin qüvvəsinin təktərəfli dayandırılması və Brexitin ləğv edilməsi: 184 bəli, 293 xeyr.

- Brexit razılaşmasının bir referendumla xalqın ixtiyarına təqdim edilməsi: 268 bəli, 295 xeyr.

- Brexit razılaşması təmin edilə bilinməməsi vəziyyətində, Avropa Birliyi ilə aparılacaq müzakirələr ərzində tərəflər arasındakı əlaqələrin mövcud halı ilə davam etməsi: 139 bəli, 422 xeyr.

Ən çox "Bəli" səsinin "Brexit razılaşmasının bir referendumla xalqın ixtiyarına təqdim edilməsi" variantına verilməsi diqqəti cəlb edir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et