Böyük Britaniya müdafiə xərclərini artıracaq | Banco.az

Böyük Britaniya müdafiə xərclərini artıracaq

Müəllif:Ayşən İmanova/Banco.az

Böyük Britaniyanın baş naziri Kir Starmer, Donald Trampın 2025-ci ilin yanvarında ABŞ prezidenti kimi inauqurasiyasından bir həftə sonra müdafiə xərclərini ÜDM-in 2,5%-nə qədər artıracağını elan etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın hakim Leyboristlər Partiyası və müdafiə sektorundakı mənbələrə istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bu addım yeni Amerika lideri ilə münasibətləri yaxşılaşdırmaq cəhdi olaraq atılacaq. Qəzetin həmsöhbətləri bildiriblər ki, müdafiə xərclərinin indiki 2,2%-dən 2,5%-ə qədər artırılması ilə bağlı açıqlama 2025-ci ilin yazında veriləcək.

Bu, Böyük Britaniyanı müdafiə xərclərinə görə 32 NATO ölkəsi arasında səkkizinci yerdən dördüncü yerə çıxaracaq. Bundan əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili bəyan etmişdi ki, o, hərbi xərclərin ÜDM-in 2,5%-nə qədər artırılmasının tərəfdarıdır.