Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət razılaşması şərtlərinə dair razılığa gəlinib | Banco.az

Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət razılaşması şərtlərinə dair razılığa gəlinib

Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət razılaşması şərtlərinə dair razılığa gəlinib.

Razılaşma Britaniyanın Baş naziri Boris Conson və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında uzun və çətin danışıqlardan sonra əldə edilib.

Sazişin təfərrüatları hələ açıqlanmasa da, Conson mətbuat konfransında Kanada tipli sərbəst ticarət müqaviləsi imzalandığını bildirib. Conson, “Razılaşma əldə edildi” sözləri ilə fotosunu şəxsi Tvitter hesabında paylaşıb.

Qeyd edək ki, Britaniya 2020-ci il yanvarın 31-də Avropa İttifaqından çıxıb, lakin bununla birlikdə ticarət əməkdaşlığının 11 ay daha davam etməsinə qərar verilib. Bu keçid dövrü ərzində tətbiq olunacaq yeni qaydalara qərar vermək üçün danışıqlar aparılıb.

İndi sazişin həm London, həm də Aİ tərəfindən təsdiqlənməsi və imzalanması gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

Azərtac

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et